İlham Əliyev: Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına çevrilməkdir
- 05 yanvar, 2026
- 21:49
Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, İT mərkəzinə çevrilməkdir və buna nail olmaq üçün ölkənin potensialı var.
"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Azərbaycanın tərəfdaşlarla məlumat mərkəzlərinin yaradılması üzərində çalışdığını qeyd edən dövlət başçısı bildirib: "Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, Süni Zəka və İT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik".