Pakistan Azərbaycanda İT sektoru üçün azad zona yaratmaq niyyətindədir

İKT
  • 24 mart, 2022
  • 07:58
Pakistan Azərbaycanda İT sektoru üçün azad zona yaratmaq niyyətindədir

"Pakistan Azərbaycana informasiya texnologiyaları (İT) sektoru üçün kiçik azad zonanın yaradılmasını təklif edir. Bu zona Ələt Azad İqtisadi Zonasının daxilində yaradıla bilər".

Bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin deyib.

"Hədəf odur ki, bu azad zona kompüter və mobil telefonlar üçün proqram təminatının tətbiqi imkanlarının, eləcə də mediada idarəetmə xidmətlərinin autsorsinqini inkişaf etdirsin. O, təkcə Azərbaycanın tələbatını ödəməyəcək, həm də məhsul və xidmətlərini ixrac edəcək. İki ölkənin İT şirkətləri bu azad zonada qeydiyyatdan keçməyə və sinerji gətirməyə dəvət olunacaqlar. Biz Pakistanın böyük İT evlərinin Azərbaycan gənclərinə bu sənayeni yerli səviyyədə qurmaq üçün təlim keçməsini istəyirik. Başqa bir ideya İT təhsili ilə bağlı kiçik bir universitet yaratmaqdır. Biz bəzi pakistanlı mütəxəssislərdən təlim keçmələrini xahiş edə bilərik. Bu konsepsiya gələcək texnoloji ehtiyacların öhdəsindən gəlmək üçün daha çox iş yerləri və yerli təcrübə yaradacaq", - deyə o, qeyd edib.

Sədr həmçinin əlavə edib ki, Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası Pakistanın Azərbaycandakı səfirliyi ilə birlikdə 2022-ci ildə Bakıda İT konfransı təşkil etməyi planlaşdırır: "Bizim planımız imkanlarını nümayiş etdirmək üçün bir neçə iri və orta İT evlərini Azərbaycana gətirməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiniz bu tədbirə dəvət olunacaq və biz Nazirlikdən bu tədbirə dəstək verməsini xahiş edəcəyik. Azərbaycan gəncləri İT sahəsində maraqlıdılar. Azərbaycanın iri və orta İT evləri də mümkün sinerjiləri araşdırmaq üçün dəvət olunacaqlar. Biz həmçinin İT xidmətlərinin və məhsullarının istifadəçiləri olan biznes strukturları üçün B2B görüşləri təşkil etmək niyyətindəyik".

Onun sözlərinə görə, Azərbaycanla Pakistan arasında əməkdaşlıq potensialı olan sahələrdən biri İKT-dir: "Azərbaycan və Pakistan prezidentlərinin istəklərinə uyğun olaraq iki ölkə iqtiadi əlaqələri inkişaf etdirir, o cümlədən İT sənayesində əməkdaşlıq müsbət nəticələr gətirə bilər. Azərbaycanın müxtəlif nazirlikləri ilə görüş zamanı İT sahəsində əməkdaşlıq irəliyə doğru çox faydalı əməkdaşlıq hesab edilib. Pakistanın 2021-ci ildə İT sahəsində xidmət və məhsullarının ixrac dəyəri 2 milyard ABŞ dollarını keçib və bu il 30% artım gözlənilir".

44 - Tezliklə