“Opera” noyabrda Azərbaycandakı bazar payının 12 %-ni itirib
- 05 dekabr, 2024
- 10:10
Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,28 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin noyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 0,15 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,06 faiz bəndi çoxdur.
İkinci pillədəki “Safari”nin bazar payı oktyabra nisbətən 0,15 faiz bəndi artaraq, illik müqayisədə isə 1,2 faiz bəndi azalaraq 9,92 % olub.
Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı oktyabr ayına nisbətən 0,13 % artaraq, bir il əvvələ nisbətən 1,29 faiz bəndi azalaraq 3,92 % təşkil edib.
Dördüncü yerdəki “Opera”nın bazar payı oktyabra nisbətən 0,41 faiz bəndi azalaraq, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,61 faiz bəndi artaraq 2,94 % təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə onun bazar payı 12 % azalıb.
İlk beşliyi qapadan “Yandex Browser”in bazar payı oktyabr ayı ilə müqayisədə 0,16 faiz bəndi, 2023-cü ilin noyabr ayına nisbətən 1,28 faiz bəndi artaraq 2,09 %-ə çatıb.