Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
- 23 sentyabr, 2026
- 05:04
"ShinyHunters" haker qrupu ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) bir neçə xidmətinə hücum təşkil etdiyini və büro əməkdaşlarının məlumatlarına giriş əldə etdiyini bildirib.
"Report"un məlumatına görə, qrup nümayəndəsi "404 Media"ya bildirib ki, hakerlər bütün FTB əməkdaşlarının və işə müraciət edənlərin məlumatlarını əldə ediblər.
Qrup təsdiq kimi nəşrə FTB-nin təxminən 5 000 əməkdaşının şəxsi məlumatlarını ehtiva edən nümunə məlumat bazası təqdim edib. Faylda yaşayış ünvanları, telefon nömrələri, doğum tarixləri və bəzi hallarda işçilərin həyat yoldaşları haqqında məlumatlar yer alır.
"404 Media" təqdim edilən məlumatların həqiqiliyini qismən təsdiqləyib. Xüsusilə, bəzi telefon nömrələri faylda sadalanan şəxslərin məlumatları ilə uyğun gəlib. Məlum olub ki, bəzi nömrələr ABŞ Ədliyyə Nazirliyinin işçilərinə məxsus ola bilər.
Bundan əlavə, "ShinyHunters" FTB-nin iş elanı saytına haker hücumu təşkil olunduğunu və ələ keçirildiyini bildirən mesaj yerləşdirdiyini iddia edib. Qrup həmçinin hazırkı və keçmiş FTB işçilərinin şəxsi və tibbi qeydlərinə, eləcə də bütün işə müraciət edənlər haqqında məlumatlara giriş əldə etdiyini bildirib.
FTB-nin iş müraciəti portalı hazırda əlçatan deyil.
FTB təqdim olunan məlumatlarda haker qrupunun iddialarının rəsmi təsdiqini təqdim etmir.