İqtisadçı: “Azərbaycanla Mərkəzi Asiyanın innovasiya əməkdaşlığı genişləndirilməlidir”

İqtisadçı: “Azərbaycanla Mərkəzi Asiyanın innovasiya əməkdaşlığı genişləndirilməlidir” Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında innovasiya sahəsində əməkdaşlıq genişləndirməlidir.
İKT
27 Oktyabr , 2023 14:58
İqtisadçı: “Azərbaycanla Mərkəzi Asiyanın innovasiya əməkdaşlığı genişləndirilməlidir”

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında innovasiya sahəsində əməkdaşlıq genişləndirməlidir.

Bunu “Report”a açıqlamasında özbəkistanlı iqtisadçı Bahrom Rəcəbov bildirib.

“Biz sənayenin deqradasiyasının qarşısını almağa çalışmalıyıq, lakin eyni zamanda, texnoloji startapları və innovativ biznesləri də unutmaq olmaz”, - o vurğulayıb.

Ekspertin fikrincə, Mərkəzi Asiyada sadəcə elektron ticarət və rəqəmsal ödəniş sisteminin hüdudlarından kənara çıxan çox yaxşı nümunələr artıq mövcuddur.

B.Rəcəbov Türk Dövlətləri Təşkilatı çərçivəsində bu quruma üzv dövlətlərin tərəfdaşlığının son dərəcə əhəmiyyətli olduğunu qeyd edib: “Rəsmi Daşkənd həmçinin Özbəkistan-Qazaxıstan-Azərbaycan tərəfdaşlığı üzrə əməkdaşlığı fəal şəkildə nəzərdən keçirir. Ümumiyyətlə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin əməkdaşlığı üçün böyük potensial var. Məsələn, nəqliyyat və ticarət sahələrində, sərmayə qoyuluşunda artıq əməkdaşlıq edilir”.

Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin xidmət sektorunun inkişafına kömək edəcəyini, lakin sənayesizləşdirməyə gətirib çıxara biləcəyini göstərən araşdırmalar da var.

İqtisadçı hesab edir ki, buna görə də sənaye sahəsində əməkdaşlığa önəm vermək olar.

Son xəbərlər

Orphus sistemi