“Facebook” apreldə Azərbaycandakı bazar payının 39 %-ni itirib

İKT
  • 04 may, 2024
  • 10:20
“Facebook” apreldə Azərbaycandakı bazar payının 39 %-ni itirib

Bu ilin aprel ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 32,48 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, marta nisbətən 2,71 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,52 faiz bəndi azdır.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı müvafiq olaraq 13,45 faiz bəndi və 4,95 faiz bəndi azalaraq 21,15 %-ə düşüb. Bununla da təkcə bir ayda “Facebook” bazar payının 39 %-ni itirib.

Növbəti yerdəki “Pinterest”in bazar payı müvafiq olaraq 7,84 faiz bəndi və 7,18 faiz bəndi artaraq 20,96 % olub.

Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 3,86 faiz bəndi və 0,45 faiz bəndi artaraq 12,6 % təşkil edib.

İlk beşliyi 8,29 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı marta nisbətən 3,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,6 faiz bəndi artıb.

44 filmi