Ekspert: "Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var"

Ekspert: "Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var" Azərbaycanda elekton ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı hiss olunur.
İKT
16 Dekabr , 2022 17:53
Ekspert: Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var

Azərbaycanda elekton ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı hiss olunur.

"Report" xəbər verir ki, bunu ""Kontakt Home" şirkətinin Dijital Marketinq direktoru Anar Heravasov "Azərbaycanın 1-ci E-ticarət günü" elektron ticarət konfransında deyib.

"Bu gün ölkədə 200-ə yaxın iri e- ticarət şirkəti mövcuddur. Gələn il də bazara bir bu qədər şirkətin daxil olacağı gözlənilir. Lakin bizdə bu qədər mütəxəssis yoxdur. Həqiqi mütəxəssislərin sayı 50-dən çox deyil. Bununla bağlı xarici təcrübəni prosesləri öyrənmək, konsultasiyalar aparmaq zəruridir", - deyə o bildirib.

Ekspert e-ticarət platformalarını investorlarının qısa zamanda mənfəət əldə etmək istəyinin ciddi problem olduğunu vurğulayıb: "Müştərilərin elektron ticarət platformasına inanması zaman alan məsələdir. Bir il ərzində bu inamı qazanmaq çox çətin olub. Xüsusilə yeni yaradılan e-ticarət platformalarının sahibləri və investorları artıq bir ilin tamamında mənfəətə çıxmaq istəyirlər. Bu, demək olar ki, son illərin əsas trendidir. Belə yanaşma komanda üzərində ciddi təzyiqdir, çoxlu pul xərclənir və geri dönüş də istənilən kimi olmur. Ona görə də investorlarda daha uzunmüddətli baxışın formalaşmasına çox ciddi şəkildə ehtiyac var".

Son xəbərlər

Orphus sistemi