Deputat: "İranın radio və TV-lərinin Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır"

Deputat: "İranın radio və TV-lərinin Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır" Azərbaycanın bir sıra bölgələrində İran radio və televiziyalarının Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır.
İKT
9 Dekabr , 2022 13:56
Deputat: İranın radio və TV-lərinin Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır
Musa Qasımlı

"Azərbaycanın bir sıra bölgələrində İran radio və televiziyalarının Azərbaycanın efir məkanına müdaxiləsi aradan qaldırılmalıdır".

“Report” xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"Kür çayını keçəndən sonra İran televiziya və radioları bizim efir məkanımıza daxil olur.

Bundan başqa, Yardımlı rayonunun sərhədyanı kəndlərinə gedəndə mobil telefona mesaj gəlir ki, İrana xoş gəlmisiniz. Bunun qarşısı birmənalı şəkildə alınmalıdır. Bu, bizim milli dövlət maraqlarımıza ziddir, informasiya təhlükəsizliyimizə təhdiddir", - deputat vurğulayıb.

M.Qasımlı hesab edir ki, ucqar dağ kəndlərində internetin keyfiyyəti təmin edilməlidir: "Bu ərazidə yüksək keyfiyyətli interneti təmin edə bilməyən, amma lisenziyası olan şirkətlər sıradan çıxmalıdır".

Son xəbərlər

Orphus sistemi