Çində ən böyük 5G şəbəkəsi qurulub

Çində ən böyük 5G şəbəkəsi qurulub Çində qurulan 5G rabitə şəbəkəsinin baza stansiyalarının sayı 700 mindir ki, bu da ümumdünya sayının 70 faizi qədəridir.
İKT
23 Noyabr , 2020 14:56
Çində ən böyük 5G şəbəkəsi qurulub

Çində qurulan 5G rabitə şəbəkəsinin baza stansiyalarının sayı 700 mindir, bu da ümumdünya sayının 70 faizi qədərdir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sənaye və informasiya texnologiyaları nazirinin müavini Liu Lihua Jeciang əyalətinin Vujen şəhərində bu gün açılan Dünya İnternet Konfransı – İnternet İnkişafı Forumunda bildirib.

Hazırda ölkənin 5G rabitəsi şəbəkəsinə 180 milyondan artıq terminalın qoşulduğunu qeyd edən nazir müavini koronavirus epidemiyası ilə bağlı ölkədəki internet trafikinin ötən ilin sonuna nisbətən 50 faiz, bəzi bölgələrdə hətta 60-70 faiz artdığını diqqətə çatdırıb.

Qeyd edək ki, hələ ötən ilin oktyabr ayından 5G rabitə xidmətlərinin göstərildiyi Çində həm bu sahədə aparılan elmi tədqiqatlar, həm də şəbəkənin baza stansiyalarının sayı baxımdan mərkəz mövqeyi ölkənin ən böyük şəhəri Şanxaya məxsusdur. Həmçinin ilk dəfə olaraq Quanqdonq əyalətinin Şenjen şəhərində 46,5 min baza stansiyasından ibarət əlahiddə 5G şəbəkəsi qurularaq bütün şəhəri əhatə edib.

Son xəbərlər

Orphus sistemi