“Aztelekom”da struktur istahatları və vəzifə təyinatları aparılıb

“Aztelekom”da struktur istahatları və vəzifə təyinatları aparılıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də struktur istahatları və vəzifə təyinatları aparılıb.
İKT
23 Sentyabr , 2021 16:36
“Aztelekom”da struktur istahatları və vəzifə təyinatları aparılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də struktur istahatları və vəzifə təyinatları aparılıb.

“Report”un əldə etdiyi məlumata görə, qurum tərkibində yeni “Şimal-Şərq Regional Filialı" yaradılıb.

Bu filial özündə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqlarını birləşdirir. Ona rəhbərlik Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanova həvalə edilib.

Bundan başqa, bir qədər əvvəl yaradılmış "Aran Regional Filialı”na da rəhbər təyin edilib. Bu vəzifəyə Yevlax Telekommunikasiya Qovşağının rəisi Kərəm İbrahimov gətirilib. Xatırladaq ki, "Aran Regional Filialı” özündə Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam Telekommunikasiya Qovşaqlarını birləşdirir.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi