"Aztelekom"a yeni baş direktor təyin olunub

"Aztelekom"a yeni baş direktor təyin olunub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.
İKT
25 Dekabr , 2021 13:04
Aztelekoma yeni baş direktor təyin olunub
Klaus Müller

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

"Report" xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

"Yeni təyinatın məqsədi qurumda korporativ idarəetmənin dünya praktikasına uyğun təşkili, şirkətdə müştəri yönümlü korporativ mədəniyyətin təşəkkülü, xidmət şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsidir. 

Klaus Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkanlarda rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. Hazırda “Avropada Amerika Ticarət Palatası”nın idarə heyətinin üzvüdür", - "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. 

Klaus Müller iqtisadiyyat, siyasi elmlər və biznesin idarəedilməsi üzrə təhsil alıb. Bavariyanın “Fridrix-Aleksandr Universiteti”nin rabitə sənayesində institusional dizayn və tənzimləmə tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.

Son xəbərlər

Orphus sistemi