"Azərkosmos" ötən il 18 milyon dollar ixrac gəlirləri əldə edib

İKT
  • 30 yanvar, 2026
  • 10:46
Azərkosmos ötən il 18 milyon dollar ixrac gəlirləri əldə edib

2025-ci ildə Kosmik Agentlik ("Azərkosmos") 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 2,2 % azdır.

Ötən il peyk telekommunikasiya xidmətlərini 43 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (4,6 milyon ABŞ dolları), Lüksemburq (3,5 milyon ABŞ dolları), İsveç (1,3 milyon ABŞ dolları), Türkiyə (861 min ABŞ dolları) və Nigeriya (824 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub.

Təkcə dekabrda isə "Azərkosmos" 35 ölkəyə 1,7 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 6,3% çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti