Azərbaycanda "Safari" brauzerinin payı 37 % azalıb

İKT
  • 03 mart, 2026
  • 12:06
Azərbaycanda Safari brauzerinin payı 37 % azalıb

Bu ilin fevral ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 83,07 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 2,89 faiz bəndi, 2025-ci ilin göstəricisi ilə müqayisədə isə 4,28 faiz bəndi çoxdur.

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 0,86 faiz bəndi, illik isə 3,99 faiz bəndi azalaraq 6,71 % olub.

Beləliklə onun bazar payı illik ifadədə 37 % azalıb.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,16 faiz bəndi, illik isə 1,82 faiz bəndi azalaraq 2,00 % təşkil edib.

Dördüncü yerdəki "Opera"nın bazar payı ay ərzində 0,11 faiz bəndi artaraq, illik müqayisədə isə 0,49 faiz bəndi azalaraq 1,93 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,06 faiz bəndi artaraq, illik isə 0,64 faiz bəndi azalaraq 1,11 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 88,87 % (aylıq 3,76 faiz bəndi az və illik 7,70 faiz bəndi çox);

"Edge" – 1,83 % (aylıq 0,17 faiz bəndi çox və illik 4,65 faiz bəndi az);

"Opera" – 1,60 % (aylıq 0,09 faiz bəndi və illik 3,20 faiz bəndi az).

"Safari" – 0,80 % (aylıq 0,03 faiz bəndi çox və illik 1,84 faiz bəndi az);

"Firefox" – 0,78 % (aylıq 1,06 faiz bəndi və illik 1,46 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 74,47 % (aylıq 0,49 faiz bəndi və illik 3,27 faiz bəndi az);

"Safari" – 15,51 % (aylıq 1,25 faiz bəndi və illik 1,81 faiz bəndi çox);

"Samsung Internet" – 5,01 % (aylıq 0,75 faiz bəndi və illik 0,28 faiz bəndi az);

"Opera" – 2,40 % (aylıq 0,36 faiz bəndi və illik 0,81 faiz bəndi çox);

"Yandex Browser" – 1,36 % (aylıq 0,30 faiz bəndi az və illik 0,19 faiz bəndi çox);

Planşetlərdə:

"Chrome" – 77,96 % (aylıq 2,06 faiz bəndi çox və illik 10,29 faiz bəndi az);

"Safari" – 8,48 % (aylıq 3,18 faiz bəndi az və illik 2,86 faiz bəndi çox);

"Android" – 7,44 % (aylıq 0,04 faiz bəndi az və illik 3,17 faiz bəndi çox);

"Opera" – 4,29 % (aylıq 2,63 faiz bəndi və illik 2,78 faiz bəndi çox);

"Yandex Browser" – 1,65 % (aylıq 1,39 faiz bəndi az və 1,39 faiz bəndi çox);

Son xəbərlər

Bütün Xəbər Lenti