Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

İKT
  • 11 fevral, 2026
  • 18:56
Azərbaycan Microsoftla Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycanla "Microsoft" şirkəti arasında ölkədə sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" İqtisadiyyat Nazirliyinə istyinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin "Microsoft" şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri Qabriela Popesku ilə görüşündə baş tutub.

Tərəflər həmçinin rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkədə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.