Azərbaycan Körfəz ölkələri ilə beynəlxalq maliyyə resurslarının cəlb olunmasını müzakirə edib

İKT
  • 06 noyabr, 2025
  • 10:32
Azərbaycan Körfəz ölkələri ilə beynəlxalq maliyyə resurslarının cəlb olunmasını müzakirə edib

Azərbaycan Körfəz ölkələri ilə beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyətləri ilə görüş keçirdik. Görüş zamanı "AZCON Holding"ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verdik. Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

R. Nəbiyev tərəflərin həmçinin telekommunikasiya, rəqəmsallaşma və nəqliyyat sahələrində innovativ layihələrin maliyyələşdirilməsi ətrafında fikir mübadiləsi aparıldığını əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti