Azərbaycan "Google" ilə COP29 üzrə prioritetləri müzakirə edib

Azərbaycan "Google" ilə COP29 üzrə prioritetləri müzakirə edib "Google" şirkəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivləri barədə müzakirələr aparılıb.
İKT
29 İyul , 2024 18:40
Azərbaycan Google ilə COP29 üzrə prioritetləri müzakirə edib

"Google" şirkəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivləri barədə müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

Müzakirələr iqtisadiyyat nazirinin “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olqa Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zuniklə videokonfrans formatında keçirtdiyi görüşdə aparılıb.

"Google" şirkətinin nümayəndələri ilə müzakirələrimiz mövcud əməkdaşlıq və potensial istiqamətlərdə əlaqələrin genişləndirilməsi imkanlarını əhatə etdi", - nazir bildirib.

M.Cabbarovun sözlərinə görə, müzakirələrdə həmçinin innovativ təcrübələrin tətbiqi, bulud texnologiyaları, süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili məsələləri əhatə olunub.

Görüşdə həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Son xəbərlər

Orphus sistemi