Azərbaycan gələn ay daha bir İKT tədbirinə ev sahibliyi edəcək

Azərbaycan gələn ay daha bir İKT tədbirinə ev sahibliyi edəcək Sentyabrın 28-29-da Bakıda 5-ci Şərq Tərəfdaşlığının Elektron İnfrastruktur Konfransı “EaPEC 2022 -The 5th Eastern Partnership E-infrastructure Conference) keçiriləcək.
İKT
18 Avqust , 2022 12:59
Azərbaycan gələn ay daha bir İKT tədbirinə ev sahibliyi edəcək

Sentyabrın 28-29-da Bakıda 5-ci Şərq Tərəfdaşlığının Elektron İnfrastruktur Konfransı “EaPEC 2022 -The 5th Eastern Partnership E-infrastructure Conference) keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyalar İnstitutundan məlumat verilib.

Məlumata görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən 25-dək ekspert və alimin iştirakı gözlənilir. Təqdimatlar əsasən “Açıq elm”, “Bulud sistemləri”, “Kibertəhlükəsizlik”, “E-təhsil”, “Təhsil”, “E-səhiyyə və Yerin müşahidəsi”, “Rəqəmsal humanitar elmlər və İKT İnnovasiyası” mövzularını əhatə edəcək.

Bundan öncə iyunun 13-17-də İtaliyanın Triesta şəhərində “EaPEConnect” konfransı keçirilib və Azərbaycanı həmin tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi