“Apple” mayda Azərbaycanın planşet bazarındakı payının 10 %-ni itirib
- 03 iyun, 2024
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay Azərbaycanın planşet bazarında “Samsung”un payı 48,8 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 2,94 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 5,62 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 3,24 faiz bəndi azalaraq və 2,95 faiz bəndi artaraq 30,71 % təşkil edib. Bununla da may ayı ərzində şirkət planşet bazarındakı payının 10 %-ni itirib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 1,79 faiz bəndi və 5,98 faiz bəndi artaraq 10,61 % olub.
Dördüncü pillədə qərarlaşan adı açıqlanmayan brendlərin bazar payı müvafiq olaraq 1,33 faiz bəndi və 2,28 faiz bəndi azalaraq 3,34 % olub.
İlk beşliyi 2,97 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 1,29 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,96 faiz bəndi artıb.