2021-ci ilin ən populyar ağıllı saatları məlum olub
İKT
- 30 noyabr, 2021
- 16:25
2021-ci ilin sonunda ağıllı saatlar bazarında güc balansı dəyişib. İlk üçlük indi “Apple”, “Samsung” və “Amazfit”dən ibarətdir.
“Report” xəbər verir ki, bu qənaətə “Counterpoint Research” beynəlxalq araşdırma şirkətinin mütəxəssisləri gəliblər.
İlin üçüncü rübündə ağıllı saatların satışında birinci yeri 21,8 % satış payı ilə “Apple” tutur. “Samsung” 14,4 % payla ikinci yeri tutub ki, bu da “Samsung Galaxy Watch4” xəttinin uğuru sayəsində satışları artırıb.
Üçüncü yeri “Amazfit” tutur. Brendin qlobal tədarükləri rekord həddə - 9,9 milyon cihaz və ya bazarın 5,8 faizini təşkil edib.
“International Data Corporation” tədqiqat şirkətinin məlumatına görə, 2021-ci ilin ilk doqquz ayında “Amazfit”in ümumi qlobal tədarükləri 27,8 milyon ədədə çatıb.
Son xəbərlər
10:47
İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb
Digər ölkələr10:42
KİV: İran atəşkəs üçün ABŞ ilə məkik diplomatiyası aparır
Digər ölkələr10:39
KİV: İsrailin Livana zərbəsi nəticəsində 9 nəfər ölüb
Digər ölkələr10:20
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Hadisə10:14
Larri Fink: Neftin 150 dollara qədər bahalaşması dünyanı qlobal tənəzzülə aparacaq
Energetika10:07
Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir
Futbol09:54
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Energetika09:46
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək
İnfrastruktur09:37