"Bu il Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (yeni Bakı Limanı) ərazisində gübrə terminalının tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılması və tikinti işlərinə başlanılması gözlənilir".
Bu barədə “Report”a "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli məlumat verib.
"Orta Asiya ölkələrinin gübrə ixrac etmək üçün böyük potensialı var. Odur ki, Türkmənistan limanında gübrə terminalı tikilib. Belə bir layihənin Azərbaycanda reallaşdırılması da iqtisadi cəhətdən effektiv olacaq", - O deyib.
Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident