Bu il Bakıda əsas kapitala 10 mlrd. manatdan çox vəsait yönəldilib

Bu il Bakıda əsas kapitala 10 mlrd. manatdan çox vəsait yönəldilib Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% az vəsait yönəldilib.
İnfrastruktur
30 Noyabr , 2018 11:04
Bu il Bakıda əsas kapitala 10 mlrd. manatdan çox vəsait yönəldilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% az vəsait yönəldilib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 57%-i dövlət, 43%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Bu ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,7%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,2%-ni əsaslı təmir, 4,5%-ni cari təmir, 20,6%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,2%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi