Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur

Digər ölkələr
  • 04 fevral, 2026
  • 04:20
Ağ Ev: Delsi Rodrigesin ABŞ-yə səfəri müzakirə olunur

Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin ABŞ-yə səfəri ehtimalı müzakirə olunur, lakin hələlik qəti planlar yoxdur.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.

"Hazırda səfər üçün dəqiq bir tarixim yoxdur. Bilirəm ki, bu müzakirə olunub. Lakin, bu mərhələdə qəti planlar yoxdur", - deyə o, jurnalistlərin Rodrigesin ABŞ-yə nə vaxt səfər edə biləcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

Livitt həmçinin vurğulayıb ki, Vaşinqton Rodrigesin yanvar ayının sonunda elan etdiyi Karakasın siyasi məhbuslara əfv qərarını alqışlayıb.

Ağ Ev sözçüsünün sözlərinə görə, bu inkişaf hamı tərəfindən alqışlanmalıdır: "Xanım Rodriges bu öhdəliyi götürüb və yerinə yetirib. Biz onun vədlərini yerinə yetirməyə davam etməsini gözləyirik".

Son xəbərlər

Bütün Xəbər Lenti