Biləcəridə yol çöküb
İnfrastruktur
- 03 sentyabr, 2019
- 12:20
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatda deyilir ki, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Son xəbərlər
05:34
KİV: Kaliforniya Yaxın Şərqdə münaqişə səbəbindən enerji böhranı ilə üzləşib
Digər ölkələr05:02
Britaniya Hörmüz boğazında gəmiçiliyin bərpası üçün plan hazırlayır
Digər ölkələr04:38
Danimarkada sol mərkəzçi blok parlament seçkilərində az fərqlə qalib gəlib
Digər ölkələr04:21
İsrail İrandan yeni raket hücumu barədə məlumat verib
Digər ölkələr03:54
KİV: ABŞ İrana münaqişənin nizamlanması üçün 15 maddəlik plan göndərib
Digər ölkələr03:40
Tramp İranı 10 mlrd dollarlıq elektrik stansiyasına zərbə ilə hədələyib
Digər ölkələr03:09
"OpenAI" "Sora" neyron şəbəkəsini bağlamaq qərarına gəlib
İKT02:59
İsrail ABŞ-nin Qüdsdəki Səfirliyinin inşası üçün torpaq sahəsi ayırıb
Digər ölkələr02:53