Bakı. 2 noyabr. REPORT.AZ/ Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən “Texniki fasilə” başa çatıb.
Bu barədə “Report”a “
Məlumata görə, bununla əlaqədar olaraq, 03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcəklər.
Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
- Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcək və Bakıya saat 1032-də çatacaq; Sumqayıt stansiyasından saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcək və Bakıya saat 1142-da çatacaq.