“Bakı Metropoliteni”nin Rusiyadan aldığı 2 qatar Bakıdadır
İnfrastruktur
- 10 iyun, 2019
- 13:07
"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 qatar (10 vaqon) Bakıya çatıb.
Bununla bağlı xəbəri “Report”a metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.
“Qatarlar sabah depoya təhvil veriləcək. Daha sonra isə sınaq və sazlanma işləri həyata keçiriləcək. Onların gələn ay xəttə buraxılması gözlənilir. Buna qədər 2 köhnə qatarın istismar müddəti bitəcək", - deyə o qeyd edib.
Bundan başqa, B.Məmmədovun sözlərinə görə, bu ilin sonuna qədər daha 4 qatar (20 vaqon) hissə-hissə Bakıya gətiriləcək.
Xatırladaq ki, bu il yanvarın 31-də metropolitenlə “Metrovaqonmaş”ın daxil olduğu “Transmaşholdinq” SC arasında 6 qatarın (30 vaqon) alınması ilə bağlı müqavilə imzalanıb.
Son xəbərlər
14:33
Azərbaycan millisinin məşqçisi: "Boksçularımız Dünya Kubokunda yaxşı çıxış etdilər"
Fərdi14:29
Foto
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
Media14:27
Gürcüstan Azərbaycan yanacağını Ermənistana dəmir yolu ilə pulsuz daşıyacaq
İnfrastruktur14:23
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib
Elm və təhsil14:22
Dövlət Gömrük Komitəsi TIR-parkların inşasını planlaşdırır
Biznes14:15
Azərbaycan Basketbol Liqasında IX turun proqramı müəyyənləşib
Komanda14:15
Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı 2 % artıb
Biznes14:12
DGK: Tranzit bəyannamələrinin geri qaytarılma hallarının payı 1 %-dən azdır
Biznes14:11