Gələn ilin may ayında "Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək.
"Report" xəbər verir ki, bu barədə “
Onun sözlərinə görə, sözügedən gəmi-bərə ilə həm vaqon, həm yük, həm də 100 nəfərə yaxın sərnişinin daşınması mümkün olacaq:
“İnşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan "RoPax" tipli “Azərbaycan” bərə-gəmisinin gövdə hissəsinin inşası 100% başa çatıb. Unikal gəmi-bərənin uzunluğu 154,5 metr, eni 17,7 metr, sürəti 14 uzelə bərabər olacaq. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb”, - deyə ASCO rəsmisi qeyd edib.
Onun sözlərinə görə, geriyə qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.
“Azərbaycan” adlı "RoPax" tipli gəmi-bərə, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək.