Almaniyalı ekspert: "Notr-Dam-de-Pari" kilsəsi bərpadan sonra əsla əvvəlki kimi olmayacaq - RƏY

Almaniyalı ekspert: "Notr-Dam-de-Pari" kilsəsi bərpadan sonra əsla əvvəlki kimi olmayacaq - RƏY Notr-Dam-de-Pari kilsəsi nə qədər dəqiqliklə bərpa olunsa belə, əsla əvvəlki tarixi aurasına, daxili tərtibatına qayıtmayacaq. Bunlar bir neçə əşya istisna olmaq şərti ilə artıq məhv olub”.
İncəsənət
18 Aprel , 2019 12:47
Almaniyalı ekspert: Notr-Dam-de-Pari kilsəsi bərpadan sonra əsla əvvəlki kimi olmayacaq - RƏY
0 : 00
0 : 00

"Notr-Dam-de-Pari" kilsəsi nə qədər dəqiqliklə bərpa olunsa belə, əsla əvvəlki tarixi aurasına, daxili tərtibatına qayıtmayacaq. Bunlar bir neçə əşya istisna olmaq şərti ilə artıq məhv olub”.

Bunu “Report”un Avropa bürosuna Almaniya İslam Muzeyinin sabiq direktoru, Berlin Freye Universitetinin professoru Klaus Peter Haase bildirib.

“Bu cür rəmzi yük daşıyan binada yanğının müasir təhlükəsizlik texnologiyalar və standartların tətbiq ediləcəyi təqdirdə baş verməyəcəyi fikri irəli sürülür. Hələ də araşdırmalar gedir, heç bir şey sübut olunmayıb. Plandan yararlanaraq kilsədəki bir çox qiymətli əşyaları xilas etmək olardı. İşgüzar nümayəndələr kilsənin bərpası üçün ianələr ediblər. Lakin "Notr-Dam-de-Pari" kilsəsi nə qədər dəqiqliklə bərpa olunsa belə, əsla əvvəlki tarixi aurasına, daxili tərtibatına qayıtmayacaq. Bunlar bir neçə əşya istisna olmaq şərti ilə yanğın zamanı məhv olub”, – ekspert deyib. 

Onun sözlərinə görə, bu tarixi abidənin bəxş etdiyi duyğuları nə fotoşəkillər, nə də onun dəqiq surəti oyada bilər.

"Notr-Dam-de-Pari" kilsəsi kimi böyük tarixi və mənəvi əhəmiyyət daşıyan abidələrin nadir hallarda müəyyən açıq-aşkar səbəblərdən dağıdıldığını bilirik. Elə bu kilsənin də içərisi bir neçə dəfə yanğından zərər görüb, Əhdi-ətiq səhnələri əsasında yaradılan heykəllər dağılmışdı, lakin memarlıq möcuzəsi olan bu abidəyə bu dərəcədə ziyan dəyməmişdi”, – K.P.Haase fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi