Bakıda X Beynəlxalq Uşaq Muğam Festivalı başa çatıb

Bakıda X Beynəlxalq Uşaq Muğam Festivalı başa çatıb Bakı. 4 oktyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının yekun mərhələsi keçirilib.
İncəsənət
4 Oktyabr , 2018 15:59
Bakıda X Beynəlxalq Uşaq Muğam Festivalı başa çatıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində X Beynəlxalq Uşaq Muğam Festivalının yekun mərhələsi keçirilib.

“Report” Mərkəzin Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kainat” gənclər mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyilə keçirilən festivalda Azərbaycan, Türkmənistan, İran, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası İraq və Misir təmsilçiləri iştirak edib.

Münsiflər heyətinə xalq artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi festivalın qran-prisinə Azərbaycan təmsilçisi Kənan Bəşirli layiq görülüb. Birinci yerləri Xaqani Şahbazov (Azərbaycan) ilə Vəfa Əmad Mahmud Hüseyn Əbuzeyid (Misir) tutblar. Bundan başqa, Azərbaycan təmsilçisi Ruslan İsmayılov ikinci yerə layiq görülən iştirakçılar arasındadır. Ümumiyyətlə, 11 iştirakçı birinci, ikinci və üçüncü yerləri tutub, daha beşi də həvəsləndirici mükafata layiq görülüb.

Son xəbərlər

Orphus sistemi