Zakir Həsənov: "Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın hüquqi bazası yaradılır" - YENİLƏNİB

Zakir Həsənov: "Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın hüquqi bazası yaradılır" - YENİLƏNİB Müdafiə Nazirliyi Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşü barədə məlumat yayıb.
Hərbi
2 Oktyabr , 2019 16:13
Zakir Həsənov: Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın hüquqi bazası yaradılır - YENİLƏNİB

Müdafiə Nazirliyi Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşü barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim inkişaf etdiyini qeyd edən Müdafiə naziri ikitərəfli hərbi əməkdaşlığın hüquqi bazasının yaradılması ilə əlaqədar hazırda müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində, səfir fəaliyyəti dövründə Azərbaycanla Meksika arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişləndiyini bildirib.

Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən diplomat regionda sabitliyin təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinin vacibliyini bildirib.

Görüşdə tərəflər Azərbaycan ilə Meksika arasında hərbi sahədə əlaqələrin hazırkı vəziyyəti və perspekivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.


*** 15:45

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər ilk görüşü xatırlayıb, o vaxtdan etibarən ikitərəfli münasibətlərdəki dinamikanı vurğulayıblar. 

Z.Həsənov hərbi sahədə təcrübə mübadiləsi və əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycan hərbçilərinin müxtəlif beynəlxalq təlimlərdə iştirakına toxunan müdafiə naziri, bu növ əməkdaşlığın Meksika tərəfi ilə inkişaf etdirilməsi mümkünlüyünü qeyd edib.

Səfir R.Labardini, öz növbəsində, ticarət və turizm kimi müxtəlif sahələrdə də son dörd ildə ikitərəfli münasibətlərin möhkəmlənməsinin yolundan danışıb və hərbi, eyni zamanda hərbi-texniki sektorda əməkdaşlığın vacibliyini qeyd edib. Bundan əlavə, səfir qarşılıqlı tanıtım və əlaqələrin qurulması üçün müvafiq beynəlxalq hərbi sərgiləri olan Meksikanın FAMEX və Azərbaycanın ADEX sərgilərində qarşılıqlı iştirakın təqdim etdiyi imkana istinad edib.

Tərəflər həmçinin hərbi əməkdaşlıq sahəsində ikitərəfli hüquqi baza ilə bağlı məsələləri və hər iki dövlətin Müdafiə nazirlikləri arasında əlaqələri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi