Hərbi Akademiyada təhsil müddətinin dəyişdirilməsi barədə rəsmi açıqlama

Hərbi Akademiyada təhsil müddətinin dəyişdirilməsi barədə rəsmi açıqlama Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi, magistratura sisteminin ləğv olunması və bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi barədə xəbərlərə münasibət bildirib.
Hərbi
12 May , 2020 11:51
Hərbi Akademiyada təhsil müddətinin dəyişdirilməsi barədə rəsmi açıqlama

Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi, magistratura sisteminin ləğv olunması və bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi barədə xəbərlərə münasibət bildirib.

"Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

“Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında tədrislə bağlı heç bir dəyişiklik yoxdur. Bu haqda yayılan informasiyalar həqiqəti əks etdirmir”, - Müdafiə Nazirliyindən vurğulanıb. 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi və magistratura sisteminin ləğv olunması ilə bağlı məlumat yayılıb. Eyni zamanda bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi iddia olunub.

Son xəbərlər

Orphus sistemi