Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, onun müdafiəsinin əsas təminatçısı Silahlı Qüvvələrdir. Orduda xidmət edən hərbçi iyerarxiyası da yaxşı bilir ki, onun əsas vəzifəsi Ermənistanın işğalı altında olan torpaqları azad etməkdir və bu vəzifəsini icra etmək üçün hər an döyüşə hazırdır.
Hərbçiləri diqqətdə saxlamaq, xidmət şəraitini yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək, mənzil-məişət problemlərini həll etmək də dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu işlərin tərkib hissəsi kimi hər il yüzlərlə mənzil tikilərək hərbçilərin istifadəsinə verilir, müxtəlif sosial layihələr həyata keçirilir. Ümumilikdə hərbçilərin sosial təminatı hansı vəziyyətdədir?
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “Report”a açıqlamasında hərbçilərin sosial təminatı məsələsinin ölkədə həyata keçirilən siyasətin mərkəzində dayandığını deyib.
O bildirib ki, Prezident
"Belə olmasaydı bizə müraciətlər daxil olardı”.
Fəzail AğamalıAna Vətən Partiyasının sədri, Mill Məclisin deputatı
F.Ağamalı hərbçilərin mənzillə təmin olunması prosesində, demək olar ki, heç bir problem olmadığını da vurğulayıb: “Bu gün hərbçilərin mənzillə təmin olunması prosesində, demək olar ki, heç bir problem yoxdur. Artıq onlar xidmət dövründə mənzillərlə tam təmin edilirlər. Məndə olan məlumata görə, bu sahədə ciddi xarakter daşıyan hər hansı problem yoxdur. Ancaq hərbçilərin öz xidmət müddətini tamamlayandan sonra onların mənzillə təmin olunması prosesi ilə bağlı konkret biliyə malik deyiləm. Yəqin ki, əvvəlki illərlə müqayisədə bu istiqamətdə də irəliləyişlər var. Belə olmasaydı, bizə müraciətlər daxil olardı”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hərbçilərin bugünkü sosial təminatı məsələsini belə şərh edib:
"Çünki ordumuz bizim dayağımızdır, Azərbaycanın müstəqilliyinin təmanatçısıdır".
Asim MollazadəДепутат Асим Моллазаде:
“Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların həyat şəraitinin, sosial təminatının ən yüksək səviyyəyə çatıdırlması üçün tədbirlər davam etdirilir. Onların sığortası, təqaüdü, mənzillərlə təmin olunması və bir sıra digər məsələlər daha da genişləndirilməlidir. Çünki ordumuz bizim dayağımızdır, Azərbaycanın müstəqilliyinin təmanatçısıdır. Bu istiqamətdə proses gedir, daha böyük addımlar atılacağına inanıram”.
Azadə Yolçu