Yuxarı

Azərbaycan ilə Xorvatiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan ilə Xorvatiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 6-da Xorvatiyanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın genişləndirilməsində uğurlar arzulayıb.

İki ölkə arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən diplomat Xorvatiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi