Xanlar Vəliyev: “Hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb”

Xanlar Vəliyev: “Hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb” Bakı. 1 oktyabr. REPORT.AZ/ “Prokurorluğa, o cümlədən hərbi prokurorluğa dövlət səviyyəsində göstərilən xüsusi diqqət və yüksək etimadın, prokurorluq əməkdaşlarının işə vicdanlı və daha məsuliyyətlə yanaşmasının və Silahlı Qüvvələrdə aparılmış köklü islahatların nəticəsində ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, fərarilik cinayətinin kökü isə, demək olar ki, tamamilə kəsilib”.
Hərbi
1 Oktyabr , 2018 10:04
Xanlar Vəliyev: “Hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb”
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ “Prokurorluğa, o cümlədən hərbi prokurorluğa dövlət səviyyəsində göstərilən xüsusi diqqət və yüksək etimadın, prokurorluq əməkdaşlarının işə vicdanlı və daha məsuliyyətlə yanaşmasının və Silahlı Qüvvələrdə aparılmış köklü islahatların nəticəsində ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, fərarilik cinayətinin kökü isə, demək olar ki, tamamilə kəsilib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, ölkənin Hərbi prokuroru yazdığı məqalədə bildirib.

O qeyd edib ki, ayrı-ayrı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin müqayisəli təhlili aparılarkən məlum olub ki, 2017-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, 2005-ci illə müqayisədə 2 dəfə, tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2005-ci illə müqayisədə 29 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2005-ci illə müqayisədə 1,8 dəfə, xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 31 dəfə, 2006-cı illə müqayisədə 3,4 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 26 dəfə, 2005-ci illə müqayisədə 2,8 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 2999 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 325 dəfə, 2006-cı illə müqayisədə 57 dəfə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən qəsdən istifadə etməmə cinayətləri 2005-ci illə müqayisədə 4 dəfə, qulluğa səhlənkar yanaşma cinayətləri 2005-ci illə müqayisədə 3 dəfə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 1998-ci illə müqayisədə 5 dəfə, 2005-ci illə müqayisədə 2,4 dəfə, qeyri-hərbi cinayətlər 2005-ci illə müqayisədə 9 faiz, qəsdən adam öldürmə cinayətləri 1994-cü illə müqayisədə 11 dəfə, özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hadisələri 1995-ci illə müqayisədə 2 dəfə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 1994-cü illə müqayisədə 5 dəfə; mülkiyyət əleyhinə olan cinayətlər 1994-cü illə müqayisədə 22 faiz, xuliqanlıq cinayətləri 1994-cü illə müqayisədə 16 dəfə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 1994-cü illə müqayisədə 4 dəfə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sayı 1998-ci illə müqayisədə 6 dəfə, ümumi törədilmiş cinayətlər nəticəsində həlak olan şəxslərin sayı 1994-cü illə müqayisədə 8 dəfə azalıb

Bundan başqa, ötən dövr ərzində görülmüş ciddi tədbirlərin nəticəsində əsassız olaraq cinayət işlərinin başlanılması hallarının qarşısı alındığından, 2017-ci il ərzində xitam edilmiş cinayət işlərinin sayı 1998-ci illə müqayisədə 42 dəfə, 2005-ci illə müqayisədə 5 dəfə, icraatı dayandırılmış cinayət işlərinin sayı 1998-ci illə müqayisədə 111 dəfə, 2006-cı illə müqayisədə 3 dəfə azalıb. 

Son xəbərlər

Orphus sistemi