"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib
Hərbi
- 15 dekabr, 2025
- 16:56
Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" saylı hərbi hissəsində "Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbçiləri təbrik edib, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə heyətə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu müvəffəqiyyətlə bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.
Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Son xəbərlər
15:03
Marko Rubio Sülh Şurası iştirakçılarının sayının genişləndiyini elan edib
Digər ölkələr15:02
Ötən il korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb
Hadisə15:02
Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 267 material üzrə cinayət işləri başlanılıb
Digər15:01
Ötən il cinayət işləri üzrə 27 milyon manatlıq əmlak üzərinə həbs qoyulub
Hadisə15:00
Tərtərdə DOST filialının açılışı olub
Sosial müdafiə14:59
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
Daxili siyasət14:56
Azərbaycanın millisinin baş məşqçisi: "Göygöldəki toplanışda diqqəti güc və funksional hazırlığa ayırmışıq"
Fərdi14:47
Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qazı kəsiləcək
Energetika14:46