"Hazırda Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edirəm".
"Report" xəbər verir ki, bunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov "Şərq qapısı" qəzetinə müsahibəsində deyib.
"24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuşam və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə – birinci olaraq bitirmişəm. Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət etmişəm. 4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Orduda xidmətə başlamışam və Şahbuz rayonundakı hərbi hissənin komandiri olmuşam", - o bildirib.