Mülki ermənilərin BQXK vasitəsilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb

Mülki ermənilərin BQXK vasitəsilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Hərbi
18 Avqust , 2023 18:51
Mülki ermənilərin BQXK vasitəsilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

"Report" xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 8 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 26 nəfər şəxs olub. Onlardan 3-ü BQXK-nin üzvü, 8-i sürücü, 11 nəfəri xəstə, 3 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Son xəbərlər

Orphus sistemi