Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, başsağlığı verib

Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, başsağlığı verib Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.
Hərbi
8 Fevral , 2023 13:15
Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, başsağlığı verib

Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, o, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Görüşdə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib.

A.Kaya isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli də Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, A.Kaya ilə görüşərək həlak olanlara başsağlığı veriblər, yaralılara şəfa diləyiblər.

Son xəbərlər

Orphus sistemi