“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində növbəti tədbir keçirilib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, “Fire Land Production” və Azman Holdinqin  təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı sils
Hərbi
2 May , 2022 16:35
“Mənim atam qəhrəmandır” və Mənim oğlum qəhrəmandır layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, “Fire Land Production” və Azman Holdinqin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirilib, qonaqlara iftar süfrəsi təşkil olunub.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni mni səsləndirilib.

Məlumata görə, Müdafiə Nazirliyinin nümayəndəsi Elvin Əzizov, Milli Məclisin deputatları Ziyad Səmədzadə və Arzu Nağıyev, ilahiyyatçı alim Hacı Şahin Həsənli öz çıxışlarında Vətən müharibəsində dövlətimizin sarsılmaz iradəsindən, şəhidlərimizin ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən, şəhidliyin İslamdakı uca məqamından danışıblar.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və “Fire Land Production” ailəsinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi