Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib.
Hərbi
1317
28 Oktyabr , 2021 15:40
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib

2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müsabiqənin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi, ixtisas və peşə fəaliyyətləri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də ən yaxşı gəmilər divizionunun müəyyən olunmasıdır.

Üç mərhələdən ibarət müsabiqədə ilk olaraq şəxsi heyətə, silah və texnikaya baxış keçirilib. Sonra hərbi hissədə qoşun xidmətinin təşkili və maddi-texniki vasitələrin saxlanma şəraiti yoxlanılıb.

Sonda atəş hazırlığı və digər taktiki normativləri icra edən bölmələrin döyüş hazırlığı qiymətləndirilib.

Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi