Elşən Həsənov: Kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilir

Hərbi
  • 02 oktyabr, 2026
  • 11:48
Elşən Həsənov: Kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilir

Proseslər göstərir ki, kibertəhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir.

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov ADEX 2026 çərçivəsində keçirilən "Müdafiə sahəsində kibertəhlükəsizlik" adlı sektoral görüşdə açılış nitqində deyib.

Onun sözlərinə görə, dəyişən dünya fonunda informasiya texnologiyaları sahəsində kibertəhlükəsizlik adi bir sahə deyil:

"Artıq yeni-yeni silahlar, texnologiyalar mövcuddur və bu sərgidə də bir daha gördük ki, müasir silahlar artıq informasiya texnologiyası və süni intellekt əsaslı silahlardır. Pilotsuz sistemlər artıq reallıqdır və bunların kibertəhlükəsizliyi çox önəmli bir məsələdir. Hətta mən deyərdim ki, artıq kibertəhlükəsizlik məsələsi milli təhlükəsizlik məsələsinə çevrilir".

İdarə rəisi qeyd edib ki, Müdafiə Nazirliyi olaraq bu sahədə qısa bir müddət ərzində yeni uğurlar əldə edilib:

"Hərbi qulluqçularımızın bu sahədəki təcrübələrini artırmaq və müasir çağırışlara hazır olmaları üçün onların yerli və beynəlxalq tədbirlərdə iştiraklarını həyata keçiririk".

44 - Tezliklə