Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlar keçirib

Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlar keçirib Uçuşlara döyüş təyyarələri və helikopterləri cəlb olunub
Hərbi
3455
15 Sentyabr , 2020 16:33
Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında uçuşlar keçirib
0 : 00
0 : 00

Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.

14.36

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları Gəncə səmasında uçuşlara başlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları Bakı şəhərinin işğaldan azad olunmasının 102-ci ildönümünə həsr olunub. 

Uçuşlara döyüş təyyarələri və helikopterləri cəlb olunub.

Orphus sistemi