Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun yüksək rütbəli zabitləri ilə görüşüb

Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun yüksək rütbəli zabitləri ilə görüşüb Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Brunsumda Müttəfiq Qüvvələrin Birləşmiş Komandanlığında (JFCBS) ekspert-qərargah görüşü keçiriblər.
Hərbi
24 May , 2024 15:53
Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun yüksək rütbəli zabitləri ilə görüşüb

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Brunsumda (Niderland krallığı) Müttəfiq Qüvvələrin Birləşmiş Komandanlığında (JFCBS) ekspert-qərargah görüşü keçiriblər.

"Report" xəbər verir ki, bu barədə JFCBS-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri son illərdə hərbi əməkdaşlığın praktiki aspektlərini qiymətləndirmək və gələcək üçün planları müəyyən etmək üçün JFCBS, Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargah Komandanlığı və NATO-nun Beynəlxalq Hərbi Qərargahından olan həmkarları ilə görüşüblər. Bu cür tərəfdaşlıq NATO-nun fəaliyyəti üçün çox vacibdir. İki tərəfdaş arasında dialoq, eləcə də hərbi əməkdaşlıq davam edəcək”, - paylaşımda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi