Avqustun 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik
Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd deyib.
Görüşdə həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.