Azərbaycan hərbçiləri “Qış təlimi- 2025” təlimlərində şərti düşmənin hədəflərini məhv ediblər

Azərbaycan hərbçiləri “Qış təlimi- 2025” təlimlərində şərti düşmənin hədəflərini məhv ediblər Türkiyənin Qars şəhərində təşkil olunan “Qış təlimi- 2025” hərbi təlimlərində yeni tapşırıq icra olunub.
Hərbi
30 Yanvar , 2025 18:29
Azərbaycan hərbçiləri “Qış təlimi- 2025” təlimlərində şərti düşmənin hədəflərini məhv ediblər

Türkiyənin Qars şəhərində təşkil olunan “Qış təlimi- 2025” hərbi təlimlərində yeni tapşırıqlar icra olunub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində şərti düşmənin olduğu əraziyə daxilolma tapşırıqları icra edilib. Həmçinin helikopterlərlə şərti düşmənin sığınacaqları dağıdılıb.

Bundan başqa, qışda kəskin hava şəraitində döyüş qabiliyyəti və imkanları yoxlanılıb.

Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.

Qeyd edək ki, təlimlər yanvarın 16-da başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi