Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb

Hərbi
  • 14 dekabr, 2016
  • 06:41
Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

44 - Tezliklə