Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB

Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB Zaqatala. 8 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda intihar edən şəxsin kimliyi müəyyənləşib.
Hadisə
8 Oktyabr , 2018 19:39
Zaqatalada 63 yaşlı kişi intihar edib - YENİLƏNİB

Zaqatala. 8 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda intihar edən şəxsin kimliyi müəyyənləşib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, Zaqatala şəhər sakini, 1955-ci il təvəllüdlü Murad Təmraz oğlu Mirzəyevdir. 

Onun tüfeyli həyat sürdüyü bildirilir. 

M.Mirzəyev hazırda yaşayış olmayan ata yurduna gələrək intihar edib. 


*** 19:12

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə 50-55 yaş civarında kişi meyiti tapılıb. 

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır. 

Qeyd edək ki, bu gün həmçinin Bərdə rayonunda Nailə Şakir qızı Əhmədova və Qax rayonunda İbrahim Mahmud oğlu Abdurahmanov intihar edib.

Son xəbərlər

Orphus sistemi