Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib O, məhkəmə zalında həbs olunub
Hadisə
19 Aprel , 2016 10:39
Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Cəmşid Manafovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Manafov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol-nəqlliyat hadisəsi ötən il Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində Siyəzən rayonun Sədan kəndi ərazisində baş verib. Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü C.Manafovun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü C.Manafov, həlak olan qadının övladları – 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralılardan O.Əliyev xəstəxanada ölüb. Hadisədən bir müddət sonra C.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb. C.Manafov barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi