Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib - YENİLƏNİB

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib - YENİLƏNİB Yevlax şəhərində ümumi sahəsi 64 kvadratmetr sahəsi olan fərdi evdə yanğın olub.
Hadisə
22 İyul , 2024 20:22
Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib - YENİLƏNİB

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhərində 3 otaqlı evin yanması nəticəsində ağır yanıq xəsarətləri alan iki yaşlı uşaq müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə nəticəsində onun atası da yanıq xəsarətləri alıb.

15:56

Yevlax şəhərində ümumi sahəsi 64 kvadratmetr sahəsi olan fərdi evdə yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 2000-ci il təvəllüdlü S.Kərimov və onun iki yaşlı oğlu yanıq xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində üçotaqlı ev tam yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi