Bakı. 26 yanvar. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsi (RPİ) və 28-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Aşkar edilən maddi sübutlar ekspetrziya təqdim edilib. Ekspertiza ilə müəyyən edilib ki, M.Əsədovun evindən aşkar edilən heroinin təmiz çəkisi 1 kiloqram 141 qramdır. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və heroini bir müddət əvvəl tanımadığı şəxsdən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




