Xəstəxanaya yerləşdirilən Rövşən Lənkəranskinin vəziyyəti ağırdır

Xəstəxanaya yerləşdirilən Rövşən Lənkəranskinin vəziyyəti ağırdır O, bir neçə güllə yarası alıb
Hadisə
18 Avqust , 2016 11:17
Xəstəxanaya yerləşdirilən Rövşən Lənkəranskinin vəziyyəti ağırdır

Bakı. 18 avqust. REPORT.AZ/ Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır.

“Report”un əldə etdiyi məlumata görə, Lənkəranski bir neçə güllə yarası alıb. O, hazırda xəstəxanadadır.

Yaxınları onun yanına yollanıb.

Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Hadisə nəticəsində R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.

İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə çoxlu sayda polis və təcili yardım gəlib. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis cinayətkarların axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi